Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib


28.04.2025  12:24 

Pezeşkianın Bakı səfərində dəyişiklik





A+  A-

"Səfərin təfərrüatları və planlarına gəlincə, qeyd etməliyəm ki, iki prezident arasında rəsmi görüşlərin keçirilməsi, eləcə də baş tutacaq müzakirələrlə yanaşı, iqtisadi, sənaye, mədəniyyət sahələrində müxtəlif sənədlər imzalanacaq".

XəzərNews.az yenisabah.az-a istinadla xəbər verir ki, bunu İranın siyasi məsələlər üzrə vitse-prezidenti Mehdi Sənai deyib.

O, Məsud Pezeşkianın Azərbaycana səfərinə dair bildirib:

"Cənab Pezeşkianın bugünkü səfəri bu ölkə prezidentinin rəsmi dəvətinə əsaslanır və təbii ki, həm ikitərəfli, həm də iki ölkə arasında münasibətlərdəki məsələlərin həlli, eləcə də regional perspektiv baxımından əhəmiyyətlidir.

Bu qısa, birgünlük səfər günün sonuna qədər davam edəcək və proqramlar tamamlanacaq. Səfər iki gün olmalı idi, lakin cənab Prezident Şahid Rəcai limanında baş vermiş hadisənin istintaqına birbaşa nəzarət etdiyi üçün prezident proqramların bir günlə tamamalanmasını xahiş etdi və sabahkı proqramlar təxirə salındı".

Mehdi Sənai qeyd edib: Səfərin təfərrüatları və planlarına gəlincə, qeyd etməliyəm ki, iki prezident arasında rəsmi görüşlər keçiriləcək, eləcə də müzakirələrlə yanaşı, iqtisadi, sənaye və mədəniyyət sahələrində müxtəlif sənədlər imzalanacaq".

Xəbər 893 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +