Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib


21.04.2025  11:32 

BƏƏ, Qətər və İsrail İranı pulla alır? - ŞƏRH





A+  A-

“Tramp “İranın ərazi itkisi” anlayışını aktuallaşdırdı. İran üçün ən yaxşı variant ABŞ ilə onun dediyi qaydada danışıq aparmaqdır. Əks-təqdirdə D.Trampın dediyi kimi ərazi itkisi istiqamətində inkişaf gedərsə, İran çox ağır nəticə ilə qarşılaşa bilər”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, ABŞ danışıqları dayandırsa, heç bir Avropa, Qərb dövləti İranla nüvə danışıqlarını aparmayacaq:

“Rusiya və Çin də nüvə tənzimlənməsi ilə məşğul olsalar, İranın qonşularının istədiyini verə bilməyəcəklər. BƏƏ-nin ortalığa qoyduğu “pul əvəzinə İranın nəzarətində olan ərazini almaq” ideyası getdikcə güclənə bilər. Bu qaydada Səudiyyə Ərəbistanı İranın Bəlucistan, Sistan ərazilərini özünə götürə bilər. Bu qaydada Qətər-Küveyt birləşib İran ərazisinin bir qismini Küveytə qaytara bilərlər. Kürdlər azadlıq əldə edə bilər. Belə variantda BƏƏ, Qətər və İsrail arasında müəyyən razılaşmalar əldə etməsi əsasında İrandakı Azərbaycan mövzusunda Azərbaycan Respublikası ilə də müəyyən danışıqlar aparıla bilər”.


Xəbər 1342 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +