“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


16.05.2019  15:21 

Filippin Kanadadakı diplomatlarını geri çağırdı





A+  A-

Filippin hökuməti Kanadadakı səfir və konsullarını geri çağırıb.
XəzərNews.az-ın xəbərinə görə, bu barədə Filippinin Xarici İşlər naziri Teodor Loksin-kiçik tvitter mikrobloqunda məlumat verib.

Onun sözlərinə görə, diplomatların geri çağırılması barədə artıq məktub göndərilib və onlar bir gün sonra vətəndə olacaqlar.

Buna səbəb kimi Kanadanın 2013-cü ildə qanunsuz olaraq Filippin ərazisinə atdığı zibilləri geri daşımaqdan imtina etməsi göstərilir.

Xatırladaq ki, Kanada şirkəti 2013 və 2014-cü illərdə zibillə dolu təxminən 100 yük konteynerini Filippin limanlarına göndərdikdən sonra iki ölkə arasında münasibətlər gərginləşib.

Filippin Prezidenti Rodriqo Duterte zibili Kanadaya geri göndərəcəyi, hətta bu ölkəyə müharibə elan edəcəyi ilə bağlı bəyanat səsləndirib. Lakin daha sonra prezidentin sözçüsü bildirib ki, Dutertenin zibilə görə Kanada ilə silahlı münaqişə yaratmaq fikri yoxdur.

Xəbər 1412 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +