200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.02.2025  12:02 

“Heydərbabaya salam” şeirinin gücünə baxın...





A+  A-

Ötən həftə İranda mədəniyyət həftəsi keçirildi. Təbrizdə keçirilən mədəniyyət həftəsinin bağlanış mərasimində İran prezidenti Məsud Pezeşkian da iştirak edirdi. O, başa düşürdü ki, təbrizlilərin qarşısında çıxış edərkən ana dilində -Azərbaycan türkcəsində danışmamaq və mədəniyyət həftəsində ustad Şəhriyarı xatırla(t)mamaq böyük günah olar.

Elə bu anlayışla da Pezeşkian Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirini ucadan deməyə başladı. Lakin o, həmin şeirdən cəmi iki bəndi səsləndirməyə macal tapdı. Ardını söyləməyə imkan vermədilər. Çünki molla rejiminin məmurlarından biri səhnəyə qalxıb, kürsüyə yaxınlaşdı və Pezeşkiana nəsə dedi. Bu, çox böyük ehtimalla "Heydərbabaya salam"ın zalda yaratdığı canlanmadan narahat olan rejim tərəfindən Pezeşkiana xəbərdarlıq idi. Nəticə etibarilə, Pezeşkian şeiri yarıda qoymaq məcburiyyətində qaldı.

Beləliklə, bir daha hər kəs gördü ki, molla rejimi hətta Azərbaycan türkcəsində şeir səsləndirilməsinə belə dözmür.

Əcaba, bu, nəyin qorxusudur?

Panfarsçılıq niyə bu qədər amiranəlik əldə edib ki, hətta Prezidentə belə öz ana dilində şeir oxumağa imkan verilmir?

Və molla rejimi Güney azərbaycanlılara öz ana dillərində danışmağı daha nə qədər yasaqlaya biləcək?

Bu sualları sözsüz ki, güneyli soydaşlarımız özləri cavablandırmalıdır.

Molla rejiminin qeyri-farslara qarşı bu cür irqçi-faşist münasibəti uzun müddət davam edə bilməz!

Bəybala Mirzəyev

Xəbər 1023 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +