Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb


14.11.2023  11:05 

ABŞ Konqresi Ukrayna və İsrailə yardımı tez qəbul etməlidir - Ceyk Sallivan





A+  A-

Konqresdə Ukraynaya yeni yardım paketi təsdiq edilmədən ABŞ-ın imkanları hər həftə azalır.

Xəzərnews.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonda keçirdiyi brifinqdə deyib.

"Bu, artıq bizim Ukraynaya lazım olan hər şeyi vermək qabiliyyətimizə təsir edir. Və bu təsir zaman keçdikcə daha da artacaq", - Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ Konqresi prezident Baydenin Ukrayna və İsrailə yardımı ehtiva edən xahişini mümkün qədər tez qəbul etməlidir, çünki bu, ABŞ-ın milli maraqlarına birbaşa toxunur.

Bayden administrasiyası İsrail, Ukrayna, Hind-Sakit okean regionu və sərhəd təhlükəsizliyi üçün maliyyə tələb edib. Bu sorğuda Ağ Ev “Ukrayna üçün xüsusi olaraq və mümkün qədər tez nəyin lazım olduğunu” təfərrüatı ilə izah edib.Hökumət bu təşəbbüsün dəstəklənməsini təmin etmək üçün ABŞ Konqresinin hər iki palatasında respublikaçılar və demokratlarla fəal işləyir.



Xəbər 912 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +