Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər


02.08.2023  10:11 

Nüydü kənd sakinləri Abid Şərifovdan narazılıq edir





A+  A-

Ağsunun Nüydü kəndinin sakinləri mal-qaranı otarmaq üçün örüş tapa bilmir. Bunun səbəbi isə örüş sahələrinin satılmasıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sakinlər məlumat verib. Onların sözlərinə görə, örüş sahələri bir müddət əvvəl satılıb. Hazırda mal-qaranı otarmaq örüş yoxdur.

Sakinlər bildirir ki, həmin əraziləri "Evrascon” şirkəti alıb.

Bu məsələdə əsasən yeli bələdiyyə və icra başçısının müavini Füzuli Kərimlinin adı hallanır. İddia olunur ki, örüş sahələri 80 000 AZN-ə satılıb.

Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb sakinlərin səsləndiridiyi iddialara aydınlıq gətirilməsini istəsək də, qurumdan telefon zənglərimizə cavab verən olmadı.

Hazırda Nüydü kəndinin sakinləri baş verənlərdən narazılıq edir. Onlar məsələ ilə bağlı yuxarı orqanlara şikayət etmək niyyətindədirlər.

"Evrascon” baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Sabiq baş nazir müavini özü isə mediaya açıqlamasında şirkətin qardaşına aid olduğunu bildirib.

Xəbər 1285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +