Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər


02.06.2022  14:25 

İcra başçısı problemləri dinlədi - Foto





A+  A-

Neftçalanın icra başçısı vətəndaşların problemlərini dinləyib.

XəzərNews.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Çıxış edənlər 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar görüş iştirakçılarını məlumatlandırıb.

Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, təhsil sahəsində qazanılan uğurlardan, təhsil alan gənclər üçün daha rahat təhsil ocaqlarının inşa edilməsindən, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara diqqət, qayğısından, 44 günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işləri, Kür çayının mövcud vəziyyəti haqqında məlumat verib.

Səyyar qəbulda əsasən yol infrastrukturundan, telekommunikasiya qovşaqlarının mövcud vəziyyətindən, Mikayıllı kəndinin qazlaşmasından, torpaq islahatı aparıldığı zaman yerli kənd əhalisinə torpaq verilməməsi və digər məsələlər haqqında təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, Neftçala RİHB-nin səyyar qəbulu Neftçala rayonun qəsəbə və kəndlərini tam əhatə edəcək.



Xəbər 1916 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +