Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər


31.05.2022  12:19 

Proqnoza kimlər əməl etməyib?





A+  A-

“Büdcə intizamı maliyyə öhdəliklərinin vaxtında və düzgün yerinə yetirilməsindən, büdcə vəsaitlərinin müvafiq məqsədlər üçün xərclənməsindən, müəyyən edilmiş norma və qaydalara ciddi riayət edilməsindən ibarətdir”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri büdcə intizamının artırılması istiqamətində ilk növbədə daxili nəzarət və mühasibat uçotunun hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinin, bu sahədə bilik və bacarıqların artırılmasının vacib olduğunu qeyd edib:

“Ötən ildə dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 3,8% çox icra edilib, büdcə gəlirlərinin artımının əsas mənbəyini hasilatın pay bölgüsü üzrə mənfəət vergisi, ƏDV, gəlir vergisi, gömrük rüsumu, dövlət rüsumu təşkil edib. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər və dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərə ümumilikdə 130,0 mln. manat məbləğində əməl olunmayıb”.

Xəbər 2160 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +