Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər


28.05.2022  16:54 

“Biz təhdidlə qorxudulanlardan olmadıq, olmayacağıq“ - Ərdoğan





A+  A-

"Şəhidimiz Xudayarın (Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə nəzərdə tutulur) türkü söylədiyi diyarlara, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgimi göndərirəm".

XəzərNews.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

"Əzəli qardaşlığımızı Allah daimi etsin. Diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edirik. Birlik və bərabərliyimizi daha da gücləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl başlasa da, ortaq taleyimizin tarixi qədimdir", - Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan əlavə edib ki, Azərbaycan qarşılaşdığı saysız haqsızlığa rəğmən mədəniyyətdə və inkişafda dastan yazıb:

"Biz haqsızlıq qarşısında susanlardan olmadıq, olmayacağıq. Bu vəsilə ilə Heydər Əliyev atamızı da yad edirəm, məkanı cənnət olsun. Biz təhdidlə qorxudulanlardan olmadıq, olmayacağıq. Haqlı davamızı müdafiə etməkdən geri durmadıq, durmayacağıq. Bizim kimsənin torpağında gözümüz olmadığı kimi kiməsə verəcəyimiz bir qarış torpağımız yoxdur. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Müzəffər Ali Baş Komandan, qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi. Ağıl, texnologiya və vətənpərvərlik bir araya gələndə nələrin olduğunu bütün dünya gördü".

Xəbər 4646 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +