Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava
Məhkəmə Ələsgər Məmmədli ilə bağlı qərar verdi
Bu dərmanlar pulsuz olacaq - Açıqlama
Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər


18.07.2019  19:05 

İspaniyadan gətirilən badam tingləri məhv edilib





A+  A-

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı İspaniyadan Azərbaycana idxal edilən 13271 ədəd badam tingində xüsusi təhlükəli xəstəlik bakterial fır (Agrobacterium tumefaciens E. Sm. et Towns) aşkar edilib.
XəzərNews.az AQTA-ya istinadən xəbər verir ki, aşkar edilən xəstəliyin təhlükəliliyi nəzərə alınaraq Respublika ərazisində yayılmasının qarşısını almaq məqsədi ilə badam tingləri Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda yandırılaraq məhv edilib.

Qeyd edək ki, bakterial fır yoluxucu xəstəlik hesab edilir, bitkilərin köklərinə mexaniki zədələnmələr, zərərvericilərin təsiri və köklərin inkişafı zamanı qabıqların çatlaması yolu ilə daxil olur. Kökə daxil olmuş bakteriyaların təsiri nəticəsində kök toxumalarının hüceyrələri sürətlə bölünüb böyüyərək xərçəng şişkinliyi əmələ gətirir.

Bu bakteriya 18 fəsilədən çox bitkilərdə parazitlik edir (çuğundur, kələm, pomidor, günəbaxan, üzüm, qərənfil, qızılgül, söyüd və s.), tumlu, çəyirdəkli və giləmeyvə bitkilərinin tinglərini daha çox sirayətləndirir və nəticədə bitkilərin məhvinə gətirib çıxarır.

Sözügedən xəstəliyə qarşı mübarizə aparmaq məqsədi ilə torpağa fosfor və kalium gübrələrinin verilməsi tövsiyə olunur.

Xəbər 1481 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +