Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi
Sabah Bakıda yağış yağacaq - Hava


01.02.2018  14:45 

Harasa toxunanda sizi də “tok“ vurur? - O zaman OXUYUN





A+  A-

Son günlər havada elə özümün də müşahidə etdiyim elektrik mövcuddur. Elektrik dedikdə ətrafda olan əşyalara, iş masama, iş yoldaşlarıma toxunarkən insanın əlini titrədən "tok vurması”ndan danışıram. Belə gərgin elektrik yükünün necə yarandığını müəyyən etmək üçün AMEA-nın Fizika institutuna müraciət etdik.
XəzərNews.az-ın məlumatına görə, Fizika İnstitunun Aparıcı elmi işçisi Kamil Qurbanov Qaynarinfo-ya açıqlamasında bildirdi ki, bu təbii prosesdir və narahatçılığa əsas yoxdur:

"Bu tamamilə geyimlə bağlı bir şeydir. Geyimlərin əksəriyyəti sintetik olur. Sintetik material isə özündə statik elektrik yükləri saxlayır. Bu isə sürtünmədən yaranır. Məsələn, əgər yerə sintetik xalça salınıbsa, siz onun üstündə gəzdikdən sonra hər hansı elektrik keçirici materiala toxunsanız, dediyiniz kimi "tok vurma” halı baş verə bilər. Xüsusən, qış aylarında rütubətin artması bu kimi halların tez-tez baş verməsinə zəmin yaradır. Düzdü, insanın özündə də biotoklar olur. Ancaq onlar çox zəifdir. Yəni, belə bir halın baş vermə səbəbi ola bilməz. Ancaq narahat olmağa dəyməz. Çünki heç bir təhlükəsi yoxdur”.

Xəbər 3085 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto


BÜTÜN XƏBƏRLƏR +