Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


23.09.2020  12:23 

DTX-nin tutduğu rəis həbsdən buraxıldı





A+  A-

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, onun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.

Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, DTX tərəfindən iyulun 7-də keçirilən əməliyyat zamanı Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev saxlanılmışdı. İyulun 9-da isə Faiq Bağırov məhkəməyə çıxarılaraq haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Xəbər 1824 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +