Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


27.08.2017  11:32 

Daha bir məmur oğlu bahalı maşınla qəza törətdi - Məktəbin həyətinə girdi





A+  A-

Ağdaş rayon icra hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu ağır yol qəza hadisəsi törədib.
XəzərNews.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 2 radələrində baş verib.

Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı “İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra ışıq dirəyini yerindən qopararaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.

İ. Həsənov ağır qəza törətməsinə baxmayaraq ciddi xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir.

Əvvəllər polis sistemində işləyən İ. Həsənovun hazırda heç bir yerdə işləmədiyi deyilir.

Məlumat üçün bildirək ki, Ə. Həsənovun barəsində dəfələrlə neqativ məlumatlar dərc olunub.

Xatırladaq ki, avqustun 3-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Galendewagen”lə 2 nəfər ölümünə, 3 nəfərin yaralanmasına səbəb olan törətdiyi ağır qəza ciddi rezonans doğurmuşdu.

Azərbaycanda məmur övladlarının harın hərəkətləri barədə ökə rəhbərliyi tərəfindən də sərt reaksiya verilib. Prezident İlham Əliyev bildirib ki, xəbərdarlıqlardan nəticə çıxarmayan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək.

Xəbər 1851 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +