Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək
Bakıda hava yağmursuz keçəcək - Sabah
Əjdər Olun kassasiya şikayətinə baxılıb
Prezidentimizə eşq olsun... - Aqil Abbas
Xəstə uşaq şəkli ilə 200 min manat yığdı - VİDEO
Tramp Putinlə “sülh planı“nı müzakirə edib
Maskın sərvəti 600 milyard dolları keçdi


19.10.2023  14:57 

Şuşa böyük QAYIDIŞA hazırdır.. - Açıqlama





A+  A-

"Şuşanın bərpası və yenidən qurulması ilə bağlı 3 ilə yaxındır ki, müzakirələr aparılır. Şuşanın baş planını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onların xaricdən olan mütəxəssisləri ilə birgə hazırlayarkən çalışdıq ki, şəhərin tarixi görünüşünü qoruyaq. Şəhərin baş planı hazırdır".

Xəzərnews.az "APA-Economics"ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

"Qarabağ yaşıl enerji zonası olduğundan Şuşada çalışdıq bunu həm planlama, həm layihələndirmə işlərində nəzərə alaq. Şuşada 12 əsas kvartal mövcuddur. Həm qarışıq, həm ticarət, həm turistlər üçün xüsusi kurort ərazilər ayrılıb. 1, 2, 5 mərtəbəli binanın tikintisinə başlanılıb. Şəhərdə dövlət binaları, həm də sosial binalar tikilməkdədir. 15-ə yaxın abidə tam bərpa olunub. Cənub yaşayış massivində isə yaşayış kompleksi hazırdır. Burada 23 bina var. Artıq qaz çəkilişi yekunlaşmaq üzrədir. Bu ilin sonuna qədər istilik sisteminə qoşulacaq", - deyə Aydın Kərimov vurğulayıb.

Xəbər 2439 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?


BÜTÜN XƏBƏRLƏR +