Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


05.11.2023  22:22 

Əli Fərəcov vəfat edib





A+  A-

Bakı Metropoliteni QSC-nin Mətbuat Xidmətinin əməkdaşı Əli Fərəcov vəfat edib.

Xəzərnews.az xəbər verir ki, ötən gün səhər işə getmək üçün evdən çıxan 72 yaşlı Ə.Fərəcova zəng çatmadığı üçün ailə polisə müraciət edib.

Axtarışlar nəticəsində bu gün günorta saatlarında mərhumun cansız bədəni anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapılıb. İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfat ildönümü olub. Hər il olduğu kimi Ə.Fərəcov bu dəfə də anasının qəbrini ziyarət etməyə gedib.

Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.

Qeyd edək ki, uzun illər idman jurnalistikasında çalışmış Ə. Fərəcov 1951-ci il martın 29-da doğulub. Onun metropolitendə 45 ildən artıq təcrübəsi var. Uzun müddət “Metro” qəzetinin baş redaktoru olub.

Təqaüdə çıxdıqdan sonra isə Bakı Metropoliteni QSC rəhbərliyi onun təcrübəsini nəzərə alaraq müqavilə əsasında əməkdaşlığa cəlb edib.

Xəbər 1927 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +