Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


04.04.2017  16:45 

DİN sahibkarlara müraciət etdi





A+  A-

Vətəndaşların haqlı narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən Binəqədi rayonu ərazisində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində əlavə olaraq 8 mənzilin su sayğacını oğurlaması da müəyyən edilib.

Z.Nəsirov ilkin ifadəsi zamanı oğurladığı sayğacları Qaraçuxur qəsəbəsində yaşadığı evin həyətində yandırdığını və içərilərində olan misi Yasamal rayonu ərazisində metal qəbulu məntəqəsinə satdığını bildirib.

Əməliyyat rədbirinin davamı olaraq Z.Nəsirovun oğurluq yolla əldə etdiyi misi satdığı metal qəbulu məntəqəsinin sahibi Laçın rayon sakini Rəfiqə Həşimova da müəyyən edilərək izahatının alınması üçün polis idarəsinə gətirilib.

Xəbər 1826 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +