Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


23.05.2021  14:19 

Sabahın hava proqnozu





A+  A-

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
XəzərNews.az xəbər verir ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 isti, gündüz 25-30 isti, Bakıda gecə 18-20 isti, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 gündüz 40-45 faiz olacaq.

Nazirlik xəbərdarlıq edir ki, mayın 24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 24-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Mayın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 30-35 isti, dağlarda gecə

12-17 isti, gündüz 21-26 dərəcə isti olacaq.

Xəbər 2521 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +