Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


05.03.2017  11:45 

Cocuq Mərcanlıda 120 qəlpə tapıldı





A+  A-

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 4-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində iki evə baxış keçiriblər. Cəmi 120 qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib. Gün ərzində 278 kvadratmetr ərazi yoxlanılıb.
Agentlikdən XəzərNews.az-a verilən məlumata görə, 29 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 120 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. On partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik minaatan mərmi “OF-843”, 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket - 1 “PQ-7VL” və 1 “PQ-7VM”, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik top mərmisi “OF-412”), 3 piyada əleyhinə “OZM-72” minası və 28 tank əleyhinə mina - 4 tank əleyhinə “TM-57” minası və 24 “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57” aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 841 min 222 kvadratmetr ərazi (392 min 280 kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
ANAMA tərəfindən yanvarın 1-dən martın 4-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 124 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Cəmi 1972 partlamamış hərbi sursat, 66 tank əleyhinə mina və 5 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 877 min 116 kvadratmetr ərazi (428 min 174 kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Xəbər 3020 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +