Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


05.12.2023  16:00 

Siqaret və spirtli içkilər yenə bahalaşacaq





A+  A-

Siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılacaq. Bu, Vergi Məcəlləsinə növbəti dəfə ediləcək dəyişiklikdə nəzərdə tutulur.

Həmçinin işçilərinin orta aylıq sayı üçdən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikrosahibkarlar gəlirlərinin beş faizi yox, 20 faizi qədər vergi ödəyəcəklər.

Bəs Vergi Məcəlləsinə ediləcək bu və ya digər dəyişikliklər qiymət artımına səbəb ola bilərmi?

İqtisadçı Əyyub Kərimli bildirib ki, sözügedən dəyişiklik siqaret və içkilərdə qiymət artımına müəyyən təsirləri olacaq:

“Lakin digər ərzaq məhsullarının istehlak səbətinin qiymətinin artmasına elə bir əhəmiyyətli təsiri olmayacaq. Çünki spirtli içkilər və tütün məhsulları istehlak səbətinə daxil deyil”.

Əyyub Kərimli hesab edir ki, vergi dərəcəsinin artırılması mikrosahibkarları qeydiyyatsız işçilərlə əmək müqaviləsi bağlamağa sövq edəcək. Əks halda sahibkarlar daha çox vergi ödəməli olacaqlar. İqtisadçı Rəşad Həsənov isə belə düşünmür:

“Aksiz vergilərinin artması tütün məhsullarının və spirtli içkilərin qiymətinin artması ilə nəticələnəcək. Bu, özünü 0,5 litrlik spirtli içkilərdə 40 qəpik, bir litrliklərdə isə 80 qəpik ətrafında özünü göstərəcək.

Tütün məhsullarında isə bir paket üçün 10-15 qəpik əlavə xərc yaradacaq. Eyni zamanda sahibkarların vergi yükünün 4 dəfə artmasına səbəb olacaq”.

Ekspertin sözlərinə görə, bu da dolayı yolla qiymətlərin artmasına səbəb ola bilər. Amma bununla yanaşı, Məcəlləyə ediləcək dəyişikliklər arasında sahibkarların vergi yükünün azaldılmasına imkan verən müddəalar olduğu da bildirilir. Bunlardan biri regionlarda yerləşdirmə fəaliyyəti göstərən müəssisələrin əmlak vergisinin 75 faiz azaldılmasıdır./Baku TV

Xəbər 1814 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +