“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


20.12.2022  10:09 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi torpaq alveri edir?





A+  A-

Salyanın icra başçısı Sevindik Hətəmov hektarı 2 manatdan Ceyhun Həsənovun pomidor yetişdirən müəssisəsinə icarəyə verib.

XəzərNews.az “Meydan TV”yə istinadla xəbər verir ki, bu barədə “Ecofront” təşkilatının rəhbəri Cavid Qara məlumat yayıb:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi torpaq alveri edir. Bu dəfə artıq milli parklar- xüsusi mühafizə olunan təbiət əraziləridir. 7 min hektara yaxın ərazini oliqarx sahibkarlarla razılaşdırıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından çıxarıb Kənd Təsərrüfatı Nazirliyinə, icra hakimiyyətlərinə təhvil verməyə hazırlaşırlar. Bunun üçün Nazirlər Kabinetinə müraciət ediblər”.

Ekofəalın sözlərinə görə, Şirvan Milli Parkından 2 min hektar, Qızılağac Milli Parkından 4 min hektar, Qarayazı Dövlət Təbiət Qoruğundan isə min hektara yaxın ərazini “satışa” çıxarıblar.

“Bu yaxınlarda eyni üsulla Şirvan Milli Parkından 518 hektar torpaq sahəsini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənova veriblər. Salyanın icra başçısı Sevindik Hətəmov həmin ərazini hektarı 2 manatdan 99 illiyə Ceyhun Həsənovun pomidor yetişdirən müəssisəsinə icarəyə verib. Nazirliyə başqa yerdən tam yararsız şoran torpaq verilib. Nazirlikdə olan etibarlı mənbəmiz də bunu təsdiqləyib”, – deyə Cavid Qara bildirib.







Xəbər 1052 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +