“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.02.2022  11:52 

Azərbaycanda iş adamı qətlə yetirildi - RƏSMİ





A+  A-

Ötən gün axşam saat 22 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunun güllələnərək qətlə yetirilməsinin təfərrüatları üzə çıxıb.

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, qətlə yetirilmiş şəxs biznesmen olub və onun həmyerlisi, Göyçayda “Vicay” ləqəbi ilə tanınan 1985-ci il təvəllüdlü Nicat Əliyevlə biznes münasibəti olub.

Belə ki, hər iki şəxs Rusiyaya meyvə satışı biznesi ilə məşğul olub və aralarındakı mübadiləyə görə pul mübahisəsi yaranıb. Bir-birlərinə olan borca görə məsələni aydınlaşdırmaq istəyən həmkarlar Göyçay şəhərindəki kafedə görüşüblər. Bu zaman mübahisə münaqişəyə çevrilib və “Vicay” ləqəbli şəxs iş adamı Cavanşir Şükürova odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Bildirilir ki, qətlə yetirilən şəxs ziyalı ailəsindəndir və onun qardaşı Göyçayda tanınmış həkimlərdən olan Taleh Şükürovdur. T.Şükürov hazırda rayon xəstəxanalarından birində rəhbər vəzifədə çalışır.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər 1891 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +