Biləcəridə küçə ticarəti narazılıq yaratdı
Vaşinqtonda yeni sülh prosesi olacaq - Politoloq
Jurnalistikada qabiliyyət imtahanı faydasızdır - Qulu Məhərrəmli
Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?
Bəzi yerlərdə 41 dərəcə isti olacaq - SABAH
Paşinyan Vaşinqtonda Əliyevlə saziş imzalayacaq?


05.08.2025  10:48 

Məhkəmə sədri özünə etiraz edib





A+  A-

Neftçala rayon Məhkəməsinin sədri Ceyhun Qədimov icraatına verilən iş üzrə özünə etiraz edib.

XəzərNews.az xəbər verir ki, iş 4 iyul 2025-ci il tarixdə Neftçala Rayon Məhkəməsinə daxil olub və “Elektron məhkəmə” informasiya sistemində qeydə alındıqdan sonra təsadüfi paylanma (bölüşdürmə) yolu ilə onun icraatına verilib.

Sədr Neftçala şəhərində özünə məxsus yaşayış yeri olmadığına görə Neftçala Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunduğu vaxtdan etibarən kirayədə yaşadığı, 2024-cü ilin sentyabr-oktyabr aylarında daha əvvəl kirayədə yaşadığı mənzildən müəyyən səbəblərə görə çıxmalı olub.

Daha sonra tanıdığı şəxslərin köməyi ilə başqa mənzil axtarmağa başlayıb. 2024-cü ilin oktyabr ayında iş üzrə təqsirləndirilən şəxsin Neftçala şəhərində yerləşən mənzilini kirayə verdiyini öyrənib. Onunla hər ay 320 manat kirayə haqqına razılaşıb, 16 oktyabr 2024-cü il tarixindən etibarən həmin mənzildə yaşamağa başlayıb. Həmin vaxt və bundan sonrakı dövrdə, yəni cari ilin iyun ayının sonunadək yuxarıda göstərilən cinayət işi, o cümlədən, haqqında cinayət təqibinin aparıldığı barədə, ümumiyyətlə, heç bir məlumatı olmayıb. Bu barədə təsadüf nəticəsində 2025-ci ilin iyun ayının sonunda məlumat alıb. Bundan dərhal sonra başqa mənzil axtarmağa başlayıb və iyul ayının 10-da təqsirləndirilən şəxsə məxsus mənzildən çıxıb başqa evə köçüb.

Sədr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq olaraq 10-cu və 28-ci maddəsində təsbit olunmuş qanunçuluq, obyektivlik, qərəzsizlik və ədalətlilik prinsiplərini rəhbər tutduğunu, hazırkı işdə də həmin prinsipləri rəhbər tututduğunu, lakin ədalət mühakiməsini həyata keçirən hakimin öz obyektivliyinə, qərəzsizliyinə və ədalətliliyinə daxili əminliyi nə qədər vacibdirsə, onun kənardan (zahirən) obyektiv, qərəzsiz və ədalətli görünməsi, habelə yalnız qanuni qərar qəbul edəcəyinə dair ətrafdakı insanların inamı (etimadı) da bir o qədər əhəmiyyətli olduğunu bildirib.

Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Ceyhun Qədimovun özünə etirazı qəbul edilib.

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimovun özünə etdiyi etiraz təmin edilib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

Xəbər 256 dəfə oxunub.




06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +