Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər


03.11.2023  11:47 

“Nazirlər qazilərin işinə baxmır“ - Deputat





A+  A-

Noyabrın 2-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının 2024-cü ilə büdcə müzakirəsi zamanı çıxışında deputat Asim Mollazadə nazirləri Qarabağ qazilərinin şikayətlərinə məhəl qoymadıqlarına görə qınayıb.

"Nazirlər qazilərin işinə baxmır", - deyə deputat bildirib.

Asim Mollazadə qeyd edib ki, qazilərin işi ilə bağlı dəfələrlə müvafiq nazirlərə müraciət etsə də, problemlər həllini tapmayıb:

"Problem həllini tapmır. Nazirlər bunu etmir. Kim etməlidir? Vəziyyət gərgin olaraq qalır. Azərbaycan əsgəri diqqətdə olmalıdır. Büdcədə onların sosial istiqaməti üçün ayrıca göstərişlər olmalıdır. Əks halda onların problemlemləri həllini tapmayacaq".

Asim Mollazadə onu da vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı sovet idarəetməsindən hələ də xilas olmayıb:

"Müəyyən işlər görülür. Lakin hələ də sovet idarəetmə sistemindən xilas ola bilməmişik. Dövlət-özəl anlayışını yığışdırmaq lazımdır. Dövlət müəssisələri özəlləşdirməyə getməlidir. Ölkə müasirliklə ayaqlaşmalıdır. Əks halda iqtisadiyyatda artım olmayacaq"./Qaynarinfo

Xəbər 1728 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +