Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?
DTX-dən xüsusi əməliyyat: Terrorçu ələ keçirildi
Azərbaycanlı gənc ABŞ-də nüfuzlu vəzifəyə gətirildi
Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər


13.02.2019  15:23 

Məleykə Abbaszadə repetitorları ittiham etdi





A+  A-

“Əvvəlki illərdə abituriyentin əvəzinə başqa şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi kimi hallarla rastlaşmışıq. Bununla bağlı ötən il də müəyyən faktlar aşkarlanaraq, araşdırma aparılıb və materiallar müvafiq orqanlara göndərilib. Bu faktlarla bağlı həmin orqanlar tərəfindən cinayət işi qaldırılıb. Çox təəssüf ki, bu işin təkanverici qüvvəsi əksər vaxt repetitorlar olur. Yeni layihələrdən, gələcək perspektivlərdəndanışmaq əvəzinə, məcburuq, qanun pozuntularından söz açaq”.
XəzərNews.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, belə halların baş verməməsi üçün DİM-in pilot layihəyə başladığını vurğulayıb:

“Valideynlər və müəllimlər bu işə həddindən artıq həssas yanaşmalıdırlar. Bu cür halların aradan qaldırılması üçün 10 fevralda keçirilən sınaq imtahanlarında pilot layihə tətbiq etməyə başlamışıq. Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı “FaceRecognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edilib”.

Məleykə Abbaszadənin sözlərinə görə, abituriyent imtahana qeydiyyatdan keçən zaman onların şəkli avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir:

“İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu proqram, hətta əkizləri belə bir-birindən fərqləndirir. Layihənin gələcəkdə bütün respublika üzrə qəbul imtahanlarında tətbiq olunması nəzərdə tutulur”.

Xəbər 1568 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +