Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


27.06.2021  10:22 

Britaniyada səhiyyə qalmaqalı: nazir istefa verdi





A+  A-

Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok ətrafında yaranmış qalmaqaldan sonra istefa qərarını elan edib.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, “Twitter” səhifəsində yayımladığı video məlumatda nazir sevgilisi ilə görüşməklə sosial məsafə qaydalarını pozduğuna görə üzr istəyib.

“Səhiyyə və sosial işlər naziri vəzifəsindən istefa ərizəsini təqdim etmək üçün bu gün Baş nazirlə görüşdüm. Bu ölkənin bütün sakinlərinin koronavirus pandemiyasına qarşı mübarizədə və karantin zamanı böyük qurbanlar verdiyini başa düşürəm. Bu qaydaları qoyanlar da onlara riayət etməlidir və buna görə də vəzifədən ayrılmalıyam”, - Henkok belə deyib.

Qeyd edək ki, Britaniyanın “The Sun” qəzeti 41 yaşlı nazirin öz köməkçisi, Oksford Universitetində çoxdan tanıdığı və bir iş adamı ilə evil olan 42 yaşlı Gina Koladancelo ilə qucaqlaşaraq öpüşdüyünü əks etdirən şəkil yayımlayıb. Həmin vaxt ölkədə eyni dam altında yaşamayanların bir-biri ilə məsafə saxlamalı olduğuna dair qərar qüvvədə idi. Bu qayda ölkə sakinləri arasında geniş şəkildə yayılmış “qucaqlaşma qadağası” kimi tanınırdı və qərarın icrasına israr edənlərdən biri də nazir M.Henkok olub. O, qaydalara zidd olaraq öz atasını da qucaqlamayacağını bəyan edirdi.

Xəbər 2168 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +