Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


16.06.2021  18:46 

Paşinyan min dollar mükafat vəd etdi





A+  A-

“Mülki müqavilə” partiyası seçki təşviqatı dövründə rüşvət cəhdi və ya verilməsi ilə bağlı sübut təqdim edən hər kəsə 500 min dram (təxminən min dollar) mükafat veriləcəyini elan edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Cermuk şəhərinin sakinləri ilə görüşdə açıqlama verib.

“Dövlət və ya qeyri-hökumət təşkilatlarının işçiləri tərəfindən seçicilərə qanunsuz yolla təsir göstərilməsi cəhdlərinə dair sübut təqdim edənlərə bu məbləği ödəyəcəyik”, - deyə Paşinyan qeyd edib.

O bildirib ki, bu günə qədər seçicilərə rüşvət verməsi faktına görə beş nəfər həbs olunub, daha on nəfər barəsində həbs qətimkan tədbiri seçilib, digər 50 nəfər isə şübhəli kimi nəzarətdə saxlanılır.

Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarının yaxın gələcəkdə “bol məhsul” vəd etdiklərini sözlərinə əlavə edərək bu qəbildən həbslərin artacağına işarə edib.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda 21 partiya və 4 blokun iştirakı ilə növbədənkənar parlament seçkiləri keçiriləcək.



Xəbər 2425 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +