Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


23.03.2020  11:43 

Rusiya koronavirusa görə yaşlılara pul verəcək





A+  A-

Rusiyanın paytaxtı Moskvada martın 26-dan aprelin 14-dək 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmaması tövsiyə olunur.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə Moskva meri Sergey Sobyanin vətəndaşlara müraciətində bildirib. O, bu çağırışın həmçinin xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə də şamil edildiyini deyib.

S.Sobyanin qeyd edib ki, özünü təcrid edən yaşlılara izolyasiya ilə bağlı yarana biləcək xərcləri kompensasiya etmək üçün 65 yaşdan yuxarı hər kəsə 4 min rubl (83 manat) birdəfəlik təzminat ödəniləcək. Pulun yarısı əvvəlcədən, qalanı isə ev rejimi bitdikdən sonra veriləcək.

Sobyanin gənclərə də müraciət edərək “xəstəliyin əlamətlərini hiss etmədən belə yaşlı insanlar üçün həyati təhlükəli olan koronavirusun daşıyıcısı ola bilərsiniz” deyib və əlavə edib ki, gənclər də bu dönəmdə yaşlı insanlarla ünsiyyətdə olmasınlar.

Xəbər 1767 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +