Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


08.07.2018  12:08 

Türkiyədə 1 telekanal, 3 qəzet, 12 dərnək bağlandı





A+  A-

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qanun qüvvəsində qərarnamə ilə 1 telekanal, 3 qəzet və 12 dərnək bağlanıb.
XəzərNews.az-ın verdiyi məlumata görə, qərarnamayə əsasən "Avantaj TV" telekanalı, İstanbulda yayımlanan “Xalqın nəbzi”, “Özgürlükçü demokrat” və Diyarbəkirdə yayımlanan “Welat” qəzetləri bağlanıb.

Bağlanan dərnəklər isə Adıyamandakı FEM Dersxanası Məzunları ve Mənsubları Dərnəyi, Ankaradakı Furkan Elm və Xidmət Dərnəyi, Suffem Təlim və Yardımlaşma Dərnəyi, Anadolu Elm, Mədəniyyət və Yardımlaşma və Həmrəylik Dərnəyi, Kahramanmaraşdakı Furkan Təlim və Xidmət Dərnəyi, Özer Hüquq və Düşüncə Dərnəyi, Kahramanmaraş Beynəlxalq Tələbələr Dərnəyi, Kilisdəki Kilis İmam Hatip Mənsubları və Hafizləri Dərnəyi, Malatyadakı Ağ Lalələr Təlim və Sosial Yardımlaşma Dərnəyi, Furkan Təlim və Həmrəylik Dərnəyi, Samsundakı Samsun Özgürlükçü Gənclik Dərnəyi və Şanlıurfadakı Viranşehir Sənayeçi və İş Adamları Dərnəyidir.

Bağlanan telekanal, qəzet və dərnəklərə məxsus bütün daşınmaz və daşınar əmlak əvəzsiz olaraq dövlət tərəfindən müsadirə olunacaq.

Xəbər 1450 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +