Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


24.12.2017  12:09 

Çin və Rusiya prezidentləri İlham Əliyevi təbrik etdi





A+  A-

Çin Xalq Respublikasının rəhbəri Si Cinpin və Rusiya Fedrasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik ediblər.
XəzərNews.az xəbər verir ki, S. Cinpin təbrik məktubunda ən xoş arzularımı bildirməyi özünə şərəf saydığını vurğulayıb:

“Son illərdə Çin və Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İqtisadiyyat, ticarət, humanitar və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. “Bir kəmər, bir yol” layihəsinin müştərək tikintisində əməkdaşlıqda ilkin nəticələr əldə edilib.

Mən dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. İki ölkənin xalqlarının rifahı naminə ölkələrimiz arasında dostluğa əsaslanan əməkdaşlığın dərinləşməsi üçün Sizinlə birlikdə səy göstərmək istəyirəm.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm”.

V.Putin də öz məktubunda Azərbaycan İ.Əliyevin rəhbərliyində sosial-iqtisadi inkişaf yolunda inamla irəlilədiyini, aktual beynəlxalq problemlərin həllində fəal rol oynadığını bildirib:

“Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz.

Bu yaxınlarda Soçidə və Tehranda Sizinlə görüşlərimizi səmimiyyətlə xatırlayıram. Ümidvaram ki, Sizinlə konstruktiv dialoq və səmərəli birgə işimiz davam edəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirəm. Fürsətdən istifadə edib, Sizin bütün ailənizi səmimi salamlayır və ən xoş arzularımı bildirirəm”.

Xəbər 1381 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +