“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


24.02.2023  10:05 

Restoran sahibinin işi Baş Prokurorluğa göndərilib





A+  A-

Bakı şəhərinin Nizami rayonunda, eyni zamanda Lənkəran, Xaçmaz, Bərdə və Goranboy rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı ağacların Nizami rayonu Mikayıl Əliyev küçəsi 9 ünvanında “Neolit” restoranı, Lənkəran rayonu Təngivan kəndində “Profco” MMC, Xaçmaz-Xudat avtomobil yolunun kənarında Nərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Bərdə rayonu Tumaslı kəndində kənd sakini Taleh Orucov, Goranboy rayonu Səfikürd kəndində kənd sakini Arif Yusifov tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Xəbər 1091 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +