“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.07.2021  09:57 

Tacikistan KTMT-dən kömək istədi





A+  A-

Tacikistan Əfqanıstanla sərhəddə yaranan vəziyyətlə bağlı kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə tərəfdaşlarına müraciət edib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Tacikistanın KTMT üzrə dövlət nümayəndəsi Həsən Sultanovun təşkilatın Daimi Şurasının iclasında səsləndirdiyi fikirlərə görə, Tacikistan vəziyyətin nəzarət altında saxlanılması, Əfqanıstan tərəfdən gələn təhdid və təhlükələrin qarşısının alınması üçün vacib tədbirlər görür.

“Lakin regionda yaranan vəziyyəti, həmçinin Əfqanıstanla sərhədin ayrı-ayrı hissələrinin çətin dağlıq ərazidə yerləşməsini nəzərə alaraq deməliyəm ki, bu tapşırığın öhdəsindən tək gəlmək çətindir. Vəziyyət KTMT tərəfindən adekvat reaksiya tələb edir. Həmçinin, cənub sahillərin müdafiəsi üzrə potensialı artırmaq mütləqdir”, - deyə Həsən Sultanov əlavə edib.

Onun sözlərinə görə, bu kontekstdə “Tacik-əfqan sərhədinin gücləndirilməsində Tacikistan Respublikasına kömək göstərilməsi haqqında” Kollektiv Təhlükəsizlik Şurasının 2013-cü il 23 sentyabr tarixli qərarının icrasını təmin etmək aktual məsələ olaraq qalır. O, bu səbəbdən təşkilatın üzv dövlətlərini adı çəkilən sənədin icrası üçün öz tövhələrini verməyə çağırıb.

Xəbər 1677 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +