“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.02.2021  09:11 

Myanmada ümumi tətil başlayıb





A+  A-

Myanmanın iri şəhərlərində on minlərlə insan fevralın 1-də baş vermiş hərbi çevrilişə qarşı etiraz əlaməti olaraq küçələrə çıxıb.
Bu barədə XəzərNews.az “BBC”nin rus xidmətinə istinadən xəbər verir.

Hərbi hökumət xəbərdarlıq edir ki, etirazçılar təhlükəli yola düşüb və onların hərəkətləri insan tələfatına səbəb ola bilər.

Etirazçılar hərbçilərin hakimiyyətdən kənarlaşdırılmasını, faktiki Myanma lideri Aun San Su Çjinin və onun “Demokratiya Uğrunda Milli Liqası”nın rəhbərliyinin dərhal azadlığa buraxılmasını tələb edir.

Nümayişlər bütün böyük şəhərlərdə keçirilir. “Frontier” nəşrinin redaktoru Tompson Çaunun sözlərinə görə, mövcud etirazlar daha kütləvidir, daha çox yollar bağlanıb, mağazalar isə hər yerdə bağlıdır. O deyib ki, etirazlara hətta dövlət sektorunun işçiləri: jurnalistlər, həkimlər, vergi və kommunal xidmət əməkdaşları qatılıb.

Artıq yeni etiraz dalğasını Myanma tarixində ən qanlı səhifələrdən biri olan 1988-ci il avqust üsyanı ilə müqayisə edirlər. O vaxt yüzlərlə nümayişçi hərbçilər tərəfindən öldürülmüşdü.



Xəbər 2192 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +