“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


14.12.2019  13:29 

“Xarici xüsusi xidmət orqanlarına işləyən 15 nəfər saxlanılıb”





A+  A-

"Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər saxlanılıb".
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hesabat müşavirəsində çıxışı zamanı bildirib. O qeyd edib ki, həmçinin, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər aşkarlanıb. Xarici münaqişə zonalarında döyüşmüş 23 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Dövlət sərhədini pozduqlarına görə 739 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 13 min 526 nəfər, axtarışda olan 4699 nəfər saxlanılıb. 479 nəfər saxta, 51 nəfər özgəsinin sənədi ilə və 4 nəfər gizli şəkildə dövlət sərhədindən buraxılış məntəqələrindən keçməyə cəhd edərkən tutulub. 96 milyon 376 min manat dəyərində qaçaqmalın, 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb

Xəbər 1714 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +