“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.08.2019  14:08 

Külək nə vaxta kimi davam edəcək?





A+  A-

“Güclü küləyin olacağı ilə bağlı məlumat avqustun 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bütün əlaqədar təşkilatlara xəbərdarlıqlar göndərilib”.
XəzərNews.az-ın məlumatına görə, bu sözləri ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Qafqazinfo”ya açıqlamasında deyib. Bildirib ki, küləyin maksimal sürəti bu gün müşahidə olunacaq:

“Bu, gözlənilən bir külək idi. Saat 11:00-da küləyin maksimal sürəti 24-28 m/s arası idi, saat 12:00-a olan məlumata görə, külək artıq 30 m/s, bəzi ərazilərdə 34 m/s-ə kimi güclənib.

Ümumiyyətlə küləkli hava şəraiti yaxın 2 gün ərzində davam edəcək. Yəni, ayın 8-ə kimi şimal küləyi üstünlük təşkil edəcək. Sərin hava şəraiti müşahidə olunacaq.

6-7 avqust tarixlərində isə küləyin sürəti azalacaq. 13-18 m/s və arabir 21 m/s təşkil edəcək”.

U. Tağıyevanın sözlərinə görə, hazırda dalğanın hündürlüyü açıq dənizdə 2,5 metrdir:

“Gün ərzində davam edən güclü küləklə əlaqədar açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr arası inkişaf edəcək.

Belə güclü küləyin müşahidə olunduğu hava şəraitində əhali bir qədər diqqətli olmalıdır. Tikinti aparılan yerlərdən keçmək, maşınları ağacların altında saxlamaq, dənizdə çimmək məsləhət görülmür”.

Xəbər 1898 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +