“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.09.2018  09:54 

Daha bir cərimə XƏBƏRDARLIĞI





A+  A-

“Bilik günü” nə sayılı günlər qalıb. Bu səbəbdən yollarda xüsusən də məktəb ətrafı ərazilərdə sıxlığı nəzərə alan yol polisigücləndirilmiş rejimdə çalışacaq.
XəzərNews.az-ın məlumatına görə, yol polisi sürücürələ xəbərdarlıq edib ki, avtomobillərini harada, necə gəldi saxlamasınlar. Əks halda həmin avtomobillərin sürücülərinə cərimə yazılacaq. Hərəkətə mane olan nəqliyyat vasitələri isə evakuatorla cərimə meydançasına aparılacaq.

Bu haqda “Xəzər Xəbər”ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, həmin gün yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərə cərimə yazılacaq. Vaqif Əsədov xüsusən məktəb ərazisindəki yollarda sürücülərə sürət həddinə əməl etməyi tövsiyyə edib. Hər an yola uşaq çıxa bilər deyə təhlükəsizlik maksimum dərəcədə qorunmalıdır.

Bundan başqa yol polisi övladını 1-ci sinifə gətirən valideynlərə də maksimum dərəcədə az avtomobillə gəlmələrini xahiş edir.

Bu arada yeni dərs ili ərəfəsində hər il rayon qeydiyyatı avtomobillərin paytaxta girişinə qoyulan məhdudiyyət bu il tətbiq edilməyəcək. Rayon qeydiyyatı alvtomobillərin şəhərə girməsinə hələ ki, heç bir qadağa yoxdur.

Xəbər 1440 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +