“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.03.2018  10:48 

Həlak olanların sayı 53 nəfərə çatdı





A+  A-

Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 37 nəfərə çatıb.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, indiyədək 43 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə zamanı təxminən 70-ə yaxın insanın itkin düşdüyü bildirilir.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Jurnalistlərə açıqlamasında Kemerovo vilayətinin qubernatorunun müavini Vladimir Çernov bildirib ki, yanğın zamanı həlak olanların tanınmasına səhər saatlarından başlanılacaq.

Yanğının ticarət mərkəzinin 4-cü mərtəbəsində kino zallarının birində baş verdiyi bildirilir. Binadan 20 nəfər xilas edilib, 100 nəfər təxliyə olunub.

Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib. Ticarət mərkəzinin ümumi sahəsi 23 min kvadratmetrdir. Burada 250 avtomobil üçün dayanacaq, mağazalar, boulinq, uşaq mərkəzi və kinoteatrlar fəaliyyət göstərir.

***

"Ria Novosti"nin xəbərinə görə isə həlak olanların sayı 53 nəfərdir.

Xəbər 1404 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +