Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü
Aktrisa toyda qonaqlarla dava edib
İlham Əliyev Paşinyanla görüşdü


14.12.2023  22:11 

Sahibə Qafarova Naam Miyara ilə görüşüb -Fotolar





A+  A-

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 14-də Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə görüşüb.

Milli Məclisdən Xəzərnews.az-a verilən məlumata görə, Azərbaycanın parlament sədrini səmimiyyətlə salamlayan Naam Miyara ölkələrimiz arasında siyasi təmasların vacibliyini vurğulayıb.

O, bu mənada qarşılıqlı səfərin əhəmiyyətini qeyd edib. Müşavirlər Palatasının sədri ölkəsinin Azərbaycanla bir çox sahələrdə əlaqələri gücləndirmək niyyətini ifadə edib.

Görüşdə ölkələrimiz arasında dini və mədəni köklərə bağlı əlaqələrin mövcud olduğu, xalqımızın oxşar dəyərləri bölüşdüyü bildirilib. Həmçinin, Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyi, həmrəylik nümayiş etdirdiyi vurğulanıb.

Söhbət zamanı ölkələrimizin hər zaman bir-birinin ərazi bütövlüyünə qarşılıqlı dəstək verdikləri qeyd olunub. Naam Miyara Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini çatdıraraq deyib ki, bu, Azərbaycanın mütləq haqqı idi.

Naam Miyara görüşdə, həmçinin Müşavirlər Palatasının fəaliyyəti, onun beynəlxalq parlament təşkilatlarında təmsilçiliyi haqqında məlumat verib.

Səmimi sözlər üçün təşəkkürünü ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan və Mərakeşin dost, tərəfdaş ölkələr olduğunu bildirib. Spiker Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Kasablankaya səfər etdiyini və Mərakeş Kralı mərhum II Həsənlə görüşünü qeyd edib. Onun sözlərinə görə, bu görüş ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına mühüm təkan verib.

Görüşdə iqtisadi əlaqələrin ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu, bu sahədə əməkdaşlığı genişləndirmək üçün potensial imkanların mövcudluğu qeyd edilib.

Söhbətdə parlament diplomatiyasının vacibliyi, parlamentlərarası əlaqələrin gücləndirilməsi ilə bağlı ortaq mövqe ifadə edilərək, bu sahədə atıla biləcək addımlar nəzərdən keçirilib.

Spiker Sahibə Qafarova söhbətdə postmünaqişə dövründə regionda mövcud olan vəziyyət barədə də məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan 2020-ci ildə öz gücü hesabına torpaqlarını Ermənistanın 30 illik işğalından azad edib. O, Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamasını təklif etdiyini, lakin Ermənistanın son 3 il ərzində siyasi və hərbi təxribatlarını davam etdirdiyini, üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini diqqətə çatdırıb. Spiker bu təxribatların Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsini qaçılmaz etdiyini, həyata keçirilən tədbirlərin beynəlxalq hüquq normalarına tam uyğun olduğunu, mülki şəxslər arasında heç bir itki olmadığını vurğulayıb. O, deyib ki, bu tədbirlər nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib.

Milli Məclisin sədri hazırda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərini "yaşıl enerji", "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu işlərə ən böyük maneə Ermənistan tərəfindən ərazilərin minalanmasıdır.

Görüşdə, həmçinin Azərbaycan və Ermənistan arasında etimad quruculuğu istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilərək, tezliklə sülh sazişinin imzalanacağına dair ümid ifadə edilib.

Milli Məclisin sədri görüşdə 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə toxunaraq, bu seçkilərin tarixi əhəmiyyətini qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.













Xəbər 1836 dəfə oxunub.



16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +