Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


15.11.2023  17:07 

Siyasi partiyalara 5 milyon manat vəsait ayrılacaq





A+  A-

Gələn ilin Dövlət büdcəsində siyasi partiyalara 5 milyon manatın ayrılması nəzərdə tutulub.

Xəzərnews.az Modern.az-a xəbər verir ki, vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür. Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir.

Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır, 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

Beləliklə, qanuna əsasən parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək. Ancaq bu müddəlar hazırkı çağırış parlamentə aid deyil. Belə ki, qanunun keçid müddəalarında qeyd edilib ki, sözügedən vəsait bölgüsü qanunun qüvvəyə minməsindən sonra keçirilən parlament seçkilərinə aiddir. Buna görə də, vəsaitin bölgüsü əvvəlki qanuna əsasən aparılacaq.

Əvvəlki qanuna əsasən, vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. 2020-ci ildə keçirilən seçkilərdə heç bir siyasi partiya bu qədər səs qazana bilmədiyi üçün parlamentdən kənar partiyalara yardım ayrılmayacaq.

Gələn il parlamentdə təmsil olunan aşağıdakı partiyalara maliyyə vəsaiti ayrılacaq:

- Yeni Azərbaycan Partiyası

- Vətəndaş Həmrəyliyi Partiyası

- Vəhdət Partiyası

- Respublikaçı Alternativ Partiyası

- Demokratik İslahatlar Partiyası

- Azərbaycan Demokratik Maarifçilik Partiyası

- Böyük Quruluş Partiyası

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

- Ana Vətən Partiyası

- Milli Cəbhə Partiyası



Xəbər 1765 dəfə oxunub.




14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +