Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


03.05.2018  13:11 

İsa Qəmbər xəstəxanadan çıxıb





A+  A-

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bir müddət bundan öncə Almaniyaya gesib. Onun Almaniyaya yola salınması müayinə olunmaq istəməsi ilə bağlı idi.
XəzərNews.az bildirir ki, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Modern.az-a danışarkən İsa Qəmbərin səhhətinin qənaətbəxş olduğunu deyib:

“İsa Qəmbər artıq xəstəxanadan çıxıb və sağlıq durumu yaxşıdır. Səhhəti ilə əlaqəli hər hansı ciddi problemi yoxdur. İndi istirahət edir. Bir neçə günə Almaniyadan Bakıya dönəcək”.

Qeyd edək ki, bu ilin əvvəlində İsa Qəmbərin səhhətində problem yaranıb. O, Mərkəzi Klinik Xəstəxanada müalicə olunub, ürəyinə bir neçə stent yerləşdirilib. Fevral ayının sonlarında isə müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib. Ankaradakı Hacettepe Universiteti Xəstəxanasında müalicə olunan İ. Qəmbərin müalicəsi martın 14-də başa çatıb və o, Bakıya qayıdıb.

Xəbər 1442 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +