Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


23.07.2019  17:01 

Prezident Murad Köhnəqalaya ev verdi





A+  A-

Prezident İlham Əliyev şair-publisist Murad Köhnəqalaya mənzil hədiyyə edib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı şairin özü sosial şəbəkədə paylaşıb. Bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətə müsbət cavab verilib:

“Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir.

Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm! Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! Qoy həmişə günəş olsun!”

Qeyd edək ki, ötən ay Azərbaycanın bir qrup tanınmış jurnalisti və millət vəkili 60 yaşını qeyd etməyə hazırlaşan Murad Köhnəqalanın mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyev və I Vitse Prezident Mehriban Əliyevaya müraciət etmişdilər.



Xəbər 1562 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +