“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


08.02.2019  10:16 

Ötən il sürücülərə 85 milyon manatlıq cərimə yazılıb





A+  A-

Dövlət Statistika Komitəsi 2018-ci il ərzində yol hərəkəti qaydalarının pozulması ilə bağlı göstəriciləri açıqlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, ötən il yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artaraq 3 milyon 409,7 min olub.

Xətaların 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması ilə bağlıdır, bu da ötən illə müqayisədə 4,3 faiz azdır.

14,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi nəticəsində yaranıb, bu göstərici 2017-ci illə müqayisədə 57,6 faiz çoxalıb.

Xətaların 10,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (9,7 faiz çox), 9,1 faizi dayanma və ya durma qaydalarının pozulması (7,3 faiz az), 4,0 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (23,9 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (12,0 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xəbər 1528 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +