Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


11.01.2021  10:43 

“Adi istifadəçinin yazışmaları heç kimə lazım deyil”





A+  A-

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz votsapın gizlilik şərtlərini dəyişməsiylə bağlı gedən müzakirələrə münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, O.Gündüz bildirib ki, Azərbaycandilli sosial media məkanı, media qurumları "WhatsApp"la bağlı məsələni çox, ifrat dərəcədə şişirdirlər: "Düşünürük ki, ciddi narahatlıq üçün əsaslar yoxdur. Biz uzun müddətdir ki, bütün sosial resurslardan, o cümlədən "WhatsApp"dan pulsuz bəhrələnirik.

Yəni, pulsuz olaraq bizə xidmət göstərilir. Xatırlayaq ki, biz bununla xeyli problemlərimizi həll edirik, xidmətlər alırıq, bu resurslar bizə karyera qurmağa, informasiya mübadiləsinə, pul qazanmağa, biznes qurmağa kömək edir.

Təbii ki, əvəzində bizim datalardan da, uzun müddətdir ki, "Facebook" da, digərləri də istifadə edir.

İndi də, "WhatsApp" da "Facebook"a məxsus olduğundan bu datalardan "WhatsApp" reklam məqsədilə də istifadə olunacaq.

Yəni, pulsuz bu xidmətlərdən istifadənizin əvəzinə sizin razılığınız olmadan sizə reklam gələcək. Məhz bu tip mesaj və reklamlar alanda diqqətli olmaq lazımdır. Adi istifadəçinin adi yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur.

Sadəcə, düşünürəm ki, dövlət qurumlarının, böyük biznes qurumlarının, xidməti və əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Fikrimcə, vətəndaşlarımızın və qeyri-dövlət sektorunun, imkan daxilində, inkişafı üçün bu resurslardan maksimum istifadə etməyimiz daha doğru olardı. Pulsuz bizə təqdim olunan bu qlobal resurslardan inkişaf üçün, biznes üçün, karyera və xidmətlər almaq üçün maksimum bəhrələnməliyik.

Bu resusların sahibi xarici vətəndaş olduğundan, resurs xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.

Yeri gəlmişkən, hazırda Konqresdə "Facebook", "Google", "Apple" və s. ilə bağlı hesabat hazırlanıb. Ola bilər, yaxın müddətdə bu resurslar məcburən parçalansın və "WhatsApp"ın sahibi ayrısı olsun və ayrı qaydalar olsun".

Ekspertin sözlərinə görə, odur ki, paralel olaraq digər resurslardan (Telegram, Signal və s) istifadə etmək doğru olar:

"Nəzərə alaq ki, "Telegram" da rus vətəndaşına məxsusdur. Diqqət yetiriləcək məqam bizim şəxsi məlumatlarımızın, müxtəlif dövlət və qeyri-dövlət sektorunun data bazalarında bizimlə bağlı məlumatların nə dərəcədə qorunmasıdır. Hələlik bizim şəxsi məlumatların qorunması Avropanın yeni GDPR standartlarına uyğunlaşdırılmayıb.

Yəni, görəsən bizim mobil operatorlardakı nömrələrimiz, kiminsə nömrəsinə daxil olan və çıxan zənglərin "history"si, ev ünvanlarımız, kiminsə harasa uçub-uçmaması ilə bağlı AZAL-dan olan məlumatlar nə dərəcədə qorunur?

Məlumat üçün qeyd edim ki, qonşu ölkələrdə bununla bağlı böyük qara bazarlar formalaşıb.

Yəni, tutaq ki, Rusiyada, kiminsə mobil nömrəsini "Beeline" operatorundan 600-800 rubla almaq olar, bu nömrənin son ay üzrə billinqini isə 3500-4500 rublla almaq olar.

Kiminsə ev ünvanını da bəlli bir məbləğə pasport stolundan əldə etmək olur. Kimsə-daxili və ya xarici resurs bizim fərdi məlumatları 3-cü tərəfə verə bilər.

Fikrimcə, ölkə daxilində fərdi məlumatların qorunması ilə bağlı qanunvericiliyin Avropanın GDPR standartlarına uyğunlaşdırması və təhlükəsizliyin gücləndirilməsinə diqqət yetirməyimiz daha doğru və faydalı olardı".

Xəbər 2297 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +