13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


10.03.2023  11:35 

“Regionda vəziyyət çox kövrəkdir” - Ned Prays





A+  A-

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması aktual məsələdir, çünki regionda vəziyyət çox kövrəkdir.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə çıxış edib.

Jurnalistlərdən biri ABŞ kəşfiyyatının Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmadığı halda münasibətlərdə gərginliyin proqnozlaşdırıldığı hesabatını xatırladıb və bu hesabatın Vaşinqtonun regionda sülhün bərqərar olması səylərinə nə dərəcədə aidiyyəti olduğunu soruşub.

“Bu məsələ həmişə aktual olub... Çünki çox kövrək vəziyyət var. Bu, son günlər Qarabağ bölgəsində müşahidə etdiyimiz kimi, zorakılığa meyli yüksək olan bir vəziyyətdir. Bu, çoxdankı münaqişədir və Birləşmiş Ştatlar onun həllinə kömək etmək üçün əlindən gələni etmək istəyir”, – Prays bildirib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun tərəflərin diplomatik səylərini dəstəklədiyini də vurğulayıb.

“Biz bu ölkələrlə ikitərəfli əsasda, Ermənistan və Azərbaycan ilə üçtərəfli formatda işləmək, onların dialoq və diplomatiya sahəsində öz səylərini, bütün müvafiq mexanizmlər vasitəsilə dəstəkləməklə, bu ölkələrə öz fəaliyyətlərini həyata keçirməyə kömək etməklə bunu davam etdirəcəyik. Ümid edirəm ki, biz bunu edə bilərik”, - deyə Ned Prays sözlərini belə yekunlaşdırıb.

Xəbər 1113 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +