Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


24.01.2024  00:21 

“Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk edəcək” - Deputat





A+  A-

Fransanın AŞPA-ya təsir imkanları genişdir. Fransa Senatının deputatları ermənilərə görə özlərini aşağılanmış hiss edir. Buna görə də Azərbaycandan ermənilərin heyfini çıxırlar.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Axar.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması və etimadnaməsinin təsdiqini mübahisələndirməsi haqda danışarkən deyib.

R.Musabəyov qeyd edib ki, Monitorinq Komitəsi ədalətsiz qərar qəbul edərsə, Azərbaycanın nümayəndə heyəti AŞPA-nı tərk edəcək.

Qeyd edək ki, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Təklifi almaniyalı deputat Frank Şvabe verib və digər parlamentarilər tərəfindən dəstəklənib. Təklif qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.

Xəbər 3180 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +