“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.12.2023  15:03 

MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb





A+  A-

Sankt-Peterburqda ənənəvi olaraq Rusiya prezidenti Vladimir Putin tərəfindən Yeni il öncəsi çağırılan MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.

Xəzərnews.az TASS-a istinadən xəbər verir ki, sammitdə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edir.

Qonaqlar Sankt-Peterburqun saray və park komplekslərini gəziblər.

Günün ikinci yarısı MDB ölkələrinin liderləri Pavlovsk Muzey-Qoruğuna gəliblər, daha sonra Tsarskoye Selo və Peterhofda gəzinti gözlənilir.

Pavlovskda qonaqlar xor Milad mahnıları ilə qarşılanıb.

Sarayla tanışlıqdan sonra onun salonlarından birində prezidentlər üçün kiçik konsert verilib.

MDB-nin qeyri-rəsmi sammiti Strelnadakı Konstantinovski sarayında söhbətlə başa çatacaq.

Xəbər 1809 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +