Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


22.09.2017  15:56 

“Azərbaycanda 50-dən çox etnik qrup var”





A+  A-

“Parlamentin qəbul etdiyi iki qanun model qanun kimi həm beynəlxalq miqyasda, həm də MDB üçün örnək göstərilir. Qadınlar üçün çoxlu hüquqlar mövcuddur. Bunların artması üçün böyük işlər görülür”.
XəzərNews.az xəbər verir ki, bunu Milli məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi” adlı konfransda deyib.

Komitə sədri bildirib ki, Azərbaycan parlamenti büdcəsi sosial sahəyə yönləndirir.

“Qeyd edim ki, sosial sahəyə büdcədən 28 faiz vəsiat ayrılıb. Azərbaycanda bütün xalqlar bərabarə yaşaya bilir. Azərbaycanda 50-dən çox etnik qrup var. Onlar bərabər və suveren şəkildə yaşayırlar. Düşünürəm ki, dayanıqlı inkişafı təmin edən məsələlər konfiliktdən qaçmaqdır. Bu sahədə Azərbaycan dünya üçün örnəkdir. Biz nikah üçün yaşı 18-ə çatdırdıq. Əvvəllər bu yaş 17-di idi.
“Məişət zorrakılığı haqında qanun” qəbul etdik. Bu qanunlar bilavasitə ananın, uşağın sağlamlığının qorunmasına yönəlib”.

Deputat qeyd edib ki, Azərbaycanda əhalinin artımı 1-2 faizdir. Həmçinin Əmək Məcəlləsinin 22 maddəsi bilavasitə qandınların hüquqlarını müdafiə edir. Hamilə, uşaqlı qadınların hüquqları bütün hallarda qorunur.

Xəbər 1608 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +