Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


25.06.2019  14:56 

İtlər 7-ci mikrorayonda 20-dək sakini yaraladı





A+  A-

Binəqədi rayonu, 7-ci mikrorayon, bina 14-də itlər sakinlərə hücum edir.
XəzərNews.az bildiri ki, bu barədə məlumatı Azadinform-a binada yaşayan sakinlər veriblər.

Sakinlər bildirir ki, bir aydan çoxdur binanın zirzəmisini özlərinə yaşayış yeri seçən itlər insanlara davamlı hücum edirlər. Son bir ayda isə itlər 20-dək sakinə xəsarət yetirib.

Təkcə dünən səhər bir qadına, yeniyetmə qıza və uşağa xəsarət yetirən itlər axşam isə 45-50 yaşında olan kişini işdən evə qayıdarkən, blokun qarşısında topuğundan dişləyib.

Sakinlərin verdiyi məlumata görə, bu barədə müvafiq qurumlara müraciət olunsa da tədbir görən yoxdur: “Binanın zirzəmisi itlərin yuvasına çevrilib, onlar orda balalayır, nəsil artırırlar”.

Binəqədi rayon İcra Hakimiyyətindən Azadinform-a bildiriblər ki, sakinlər tərəfindən onlara da bu barədə müraciətlər daxil olub: “Daxili olan müraciətlər ümumiləşdirilərək aidiyyatı orqanlara göndərilib.”

Xəbər 3478 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +