Baş nazirin evində yanğın baş verib
Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah...
Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
Pensiya alanlara YENİ XƏBƏR: Öz pensiyanızdan imtina edib...
“Son zəng“ə görə pul tələb etdi, məktəbdən qovuldu -VİDEO
Yaşar Gülər Azərbaycana səfər edəcək
PKK-a silahı yerə qoydu: Siyasi və ideoloji mübarizə isə...
“Qarabağ“ bir ildə 21 milyona yaxın pul xərcləyib
İcra başçısı özü haqqında sənədli film çəkdirib?
Putin günün sonuna qədər... - Vaxt daralır


22.05.2022  21:37 

Radik İsayev bürünc medal qazanıb





A+  A-

Mayın 22-də Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

XəzərNews.az
xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha üç taekvondoçusu dayanq üzərinə çıxıb.

Kişilər arasında 74 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində Kunter Stroom Karlla (Estoniya) qarşılaşıb. Rəqibini vaxtından əvvəl 22:2 hesabı ilə üstələyən idmançımız növbəti mərhələdə türkiyəli Muhammed Yıldıza 4:9 hesabı ilə uduzaraq qitə çempionatını medalsız başa vurub.

“Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi olan Radik İsayev (87 kq-dan yuxarı) dörddəbir finalda Cem Ünlüsoya (Almaniya) 9:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb.

Qadın taekvondoçumuz Fatimə Məcidova (57 kq) 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşıb. Rəqibinə 0:22 hesabı ilə məğlub olan idmançımız çempionatı erkən tərk edib.

Bu gün, həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. Sadiq Həmidovun (63 kq) ilk rəqibi özbəkistanlı Zuxriddin Toxirov olub. Özbək idmançı qadağan olunmuş baş zərbəsinə görə yarışdan uzaqlaşdırılıb və qələbə təmsilçimizə verilib. Yarımfinala adlayan Sadiq italiyalı Antonino Bossoloya məğlub (6:19) olaraq yarışın bürünc medalına sahib olub.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunub. Daha əvvəl parataekvondoçulardan İmaməddin Xəlilov (70 kq) gümüş, Sabir Zeynalov (58 kq) bürünc medal əldə ediblər. Digərləri qitə çempionatını medalsız başa vurublar.

Xəbər 4266 dəfə oxunub.




12.05.2025  17:32 

Roma Papası Türkiyəyə gedir

12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +