Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


03.12.2021  10:09 

Bu səlahiyyətlər Nazirlər Kabinetinin əlindən niyə alındı?





A+  A-

"Nazirlər Kabineti tapşırığı icra edə bilmədiyinə və ya icra etmək istəmədiyinə görə səlahiyyətlər QHT-lərə Dövlət Dəstəyi Agentliyə verildi".

XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, uzun müddət olardı ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant verilməsi prosesinə başlaya bilmirdi:

“Səbəb isə Nazirlər Kabinetinin zəruri qaydaları vaxtinda hazırlaya bilməməsiydi.

Ötən gün Prezident tərəfindən müvafiq fərman imzalanıb və qrant müsabiqəsi​ qaydalarının hazırlanması səlahiyyətini Nazirlər Kabinetinin əlindən alıb. Bu fərmanla​ qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydasını və digər proseduraları​ Agentlik özü təsdiq edəcək. Belə olan halda maraqlı sual yaranır ki, əgər mərkəzi qurumlar, publik qurumlar bu tip işləri özləri görə bilirsə, adı çəkilən sənədləri Prezident Administrasiyası ilə razılaşdırmaqla qəbul edə bilirsə onda Nazirlər Kabinetinə​ ehtiyac varmı?”.

Xəbər 1253 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +