Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


14.09.2020  18:16 

Rusiya Belarusa 1,5 milyard dollar kredit verəcək





A+  A-

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putin Moskvanın Minskə 1,5 milyard dollar borc verəcəyini təsdiqləyib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Lukaşenko Rusiyanın Belarus iqtisadiyyatında ən böyük sərmayəçi olduğunu və iki ölkənin bir çox sektorda çox dərin əməkdaşlıq etdiyini xatırladıb. Putin isə bildirib ki, Rusiya və Belarus koronavirus pandemiyası zamanı yaz aylarında azalan ticarəti bərpa etməlidir.

V. Putin problemlərin həlli üçün bir çox təklifinin olduğunu qeyd edib və Belarusun yeni konstitusiyası üzərində işə başlamaq fikrini məntiqli və vaxtında atılan addım kimi qiymətləndirib. Eyni zamanda, belarusluların vəziyyəti kənardan heç bir müdaxilə olmadan müstəqil şəkildə anlamalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Belarus rublunun məzənnəsinin qorumaq üçün Minskin Rusiya kreditlərinə ehtiyacı var. Belə ki, ölkədə vətəndaşlar rekord sürətlə xarici valyuta alması və banklardan pul çəkməyə başlaması ilə son bir ay ərzində qızıl-valyuta ehtiyatları 15 faiz azalıb.

Xəbər 2054 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +